Portuqaliyalı hücumçu “Kəpəz”də
23.07.2026 - 01:38
"Kəpəz" daha bir futbolçunun transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, Azuma Abubakar “sarı-göylər”in formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı forvardın son klubu Avstriya “Lustenau”su olub.
Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.
0
0