Şpaqa üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Kadet-Junior Párbajtőr Magyar Kupa 3" turnirində uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, o, gənc oğlanların qılıncoynatmanın şpaqa növü üzrə şəxsi yarışında 149 idmançı arasında üçüncü olub.
Turnirdə Azərbaycanla yanaşı Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiyadan olan idmançılar iştirak ediblər.
Vahab Fətullayev qrup mərhələsində keçirdiyi 6 görüşün hamısında qələbə qazanıb.
Azərbaycanlı şpaqaçı pley-off mərhələsində ardıcıl olaraq Çin və Macarıstan təmsilçiləri üzərində qələbələr qazanaraq yarımfinala yüksəlib.
1/4 finalda Kubinger Akosu 15:10 hesabı ilə məğlub edən idmançı yarımfinalda Edmond Ventzel ilə qarşılaşıb və 13:15 hesabı ilə uduzub.
Nəticədə Vahab Fətullayev turnirin bürünc medalına sahib olub.
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb