Premyer Liqa: "Çelsi"dən inamlı qələbə
22.11.2025 - 18:31
Premyer Liqa: "Çelsi"dən inamlı qələbə

Bu gün Premyer Liqanın XII turuna start verilib. 

Apasport.az xəbər verir ki, turun açılış matçında "Çelsi" "Börnli"nin qonağı olub. 

Qarşılaşma qonaqların inamlı qələbəsi ilə başa çatıb - 2:0. 

Qeyd edək ki, "Çelsi" növbəti turda "Arsenal"ı  qəbul edəcək, "Börnli" isə "Brentford"un qonağı olacaq.