Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı - VİDEO
21.11.2025 - 15:34
Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı  - VİDEO

Bu gün Misli Premyer Liqasında XII tura start verilib.

Apasport.az xəbər verir ki, “Karvan-Yevlax” öz meydanında “Kəpəz”lə qarşılaşır.

Oyunun ilk hissəsində maraqlı hadisə baş verib.

Belə ki, qarşılaşmanın 27-ci dəqiqəsində ev sahibləri dəyişiklik etmək istəyib. Lakin meydanı tərk etməli olan 13 nömrəli futbolçu Vüsal Məsimov buna razı olmayaraq oyunu davam etdirib. Komanda yoldaşlarının onu razı salmaq cəhdləri də nəticə verməyib.

Həmin kadrları sizə təqdim edirik: