
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anastasios Papapetrou idarə edəcək. Tryfon Petropoulos və Iordanis Aptosoglou oyunun baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelou, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Hakim-inspektor Laurent Duhamel (Fransa), UEFA nümayəndəsi Aleksandr Keplin (Qazaxıstan) olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- "Qəbələ" - "Kəpəz" matçının başlama saatı bəlli oldu
- Azərbaycanın iki güləşçisi reytinq turnirində mükafatçılar sırasına düşüb