Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən “Qarabağ MechaHack 9030” robototexnika komandası, texnoloji biliklərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması istiqamətində fəaliyyətini genişləndirir.
Apasport.az xəbər verir ki, komanda son 6 ay ərzində sosial inklüzivlik prinsiplərinə sadiq qalaraq, ümumilikdə 95 şagird üçün genişmiqyaslı STEM seminarları və vorkşoplar silsiləsi həyata keçirib.
Bu missiya çərçivəsində komanda üzvləri iki fərqli uşaq evində məskunlaşan yeniyetmələri mühəndislik dünyasının maraqlı tərəfləri ilə tanış edib, onlarda gələcəyin peşələrinə olan marağı artırıblar. Sosial inklüzivliyin təmin olunması məqsədilə fəaliyyət dairəsini genişləndirən gənc mühəndislər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "Qarabağ DOST Evi" filialında fiziki məhdudiyyətli və həssas qruplardan olan uşaqlar üçün xüsusi interaktiv seminar təşkil ediblər. Eyni zamanda, "Train Brain" tədris mərkəzində gənc istedadlara robototexnikanın incəlikləri və müasir proqramlaşdırmanın əsasları dərindən aşılanıb.
“Qarabağ MechaHack 9030” komandasının bu təşəbbüsü təkcə texniki biliklərin ötürülməsi deyil, həm də cəmiyyətdə bərabər imkanların yaradılması və gənclərin öz potensiallarını kəşf etmələri üçün bir bələdçi rolunu oynayır. Komanda rəhbərliyi bildirib ki, bu cür sosial layihələr davamlı xarakter daşıyacaq və daha çox gəncin modern texnologiyalarla tanış olmasına şərait yaradılacaq.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib