“Qarabağ” Polşa təmsilçisinə qalib gəlib
16.01.2026 - 21:10
Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşanın “Zaqlebie” komandası ilə üz-üzə gəlib.
Saat 19:00-da start götürən qarşılaşma “Gloria Sports Arena”da keçirilib və təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ” bundan əvvəl yoxlama oyunlarında Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, Xorvatiya təmsilçisi “Osiyek”i isə 3:1 hesabı ilə məğlub edib.
0
0