“Qarabağ”dan 4 mövsümün rekordu
08.04.2026 - 12:02
Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.
Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq
0
0