"Qarabağ"ın rəqibi "Qalatasaray"lı futbolçu ilə anlaşıb
04.09.2024 - 13:53

Super Liqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Serji Oliveyra karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Olimpiakos”la razılaşıb.
Oliveyranın 2 illik müqavilə imzaladığı məlum olub.
Pirey təmsilçisi daha əvvəl “Fulhem”dən Villianı transfer etmişdi.
“Olimpiakos” Avropa Liqasının Liqa mərhələsində 2025-ci il, yanvarın 30-da Yunanıstanda “Qarabağ”la qarşılaşacaq.
- Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq quruma üzv qəbul edilib
- Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik”
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
- Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."
0
0