Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub
16.11.2026 - 17:54
Pyer Sajla yollarını ayıran “Kristal Palas”ın yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, London təmsilçisi Tomas Frankla razılıq əldə edib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, “Tottenhem” və “Brentford”un sabiq baş məşqçisi ilə şifahi razılıq əldə olunub. Müqavilənin 2029-cu ilin iyun ayınadək qüvvədə olacağı gözlənilir.
Qeyd edək ki, “Kristal Palas” 7 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.
0
0