
"Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi".
Bu sözləri apasport.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasov deyib.
Təcrübəli mütəxəssis bu gün Azərbaycan kubokunun I təsnifat mərhələsində "Ağdaş"la baş tutan görüşü belə dəyərləndirib:
"Oyun haqqında onu deyə bilərəm ki, matçın birinci hissəsi maraqlı keçdi. İkinci yarıda isə rəqib komanda azlıqda qaldı - iki futbolçusu qırmızı vərəqə aldı. Bu da onların oyununa ciddi təsir etdi. İnanıram ki, əgər qırmızı vərəqə almasaydılar, hesab belə bitməzdi. Meydanda əzmkar mübarizə aparan futbolçuları var idi. Sadəcə qırmızı vərəqədən sonra oyun planları pozuldu. Ağdaş komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, evində keçirdiyi görüşdə "Qaradağ Lökbatan" 8:0 hesablı qələbə qazanaraq II təsnifat mərhələsinə vəsiqəni təmin edib.