[b]“Qızıl dubl”a 4 iddiaçı [/b]
04.07.2018 - 09:32
[b]“Qızıl dubl”a 4 iddiaçı
[/b]

DÇ-2018-in 1/8 final mərhələsindən sonra “Qızıl dubl”a iddiaçıların sayı 4-ə enib. Apasport.az saytının məlumatına görə, UEFA eyni ildə dünya çempionu və Çempionlar Liqasının qalibi adını qazanmağa namizədlərin sayını açıqlayıb.

 

“Real”ın heyətində Avropanın ən nüfuzlu klub turnirini qazanan oyunçulardan dördü mundialda mübarizəni davam etdirir. Bunlar Rafael Varan (Fransa), Kazemiro, Marselo (hər ikisi Braziliya) və Luka Modriçdi (Xorvatiya).

 

İndiyədək yalnız 8 futbolçu belə uğura imza atıb. Sonuncu xoşbəxt Roberto Karlos olub. O, 2002-ci ildə “Real”la Çempionlar Liqasını, Braziliya ilə DÇ-ni qazanıb. 1998-ci ildə Kristian Karambö “Real” və Fransa yığması ilə qalib gəlib.

 

1974-cü ildə isə “Bavariya” və Almaniya ilə dubla imza atanların sayı 6 nəfər olub. Bunlar Zepp Mayer, Pol Braytner, Hans-Georg Şvartsenbek, Frants Bekkenbauer, Herd Müller və Uli Hönessdi.