“Nəsə danışmaq, nə baş verdiyini izah etmək çox çətindi. Çox məyusam. Onu deyə bilərəm ki, komanda olaraq qrupdan çıxmağa layiq deyildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Lğv deyib.
DÇ-2018-in qrup mərhələsində 3-cü tur çərçivəsində Cənubi Koreya ilə qarşılaşan “bundestim” 0:2 hesablı məğlubiyyətə üzülüb.
Bu nəticə ilə qrupda qalan və undialla vidalaşan Almaniyanın baş məşçisi matçdan sonra fikirlərini bölüşüb: “Yaxşı hazırlaşmışdıq, motivasiyamız yüksək idi, amma bacardığımız kimi oynaya bilmədik. Dünyanın ən yaxşı komandalarından biri idik, ancaq indi heç nə alınmadı”.
O, vəzifəsindən gedəcəyi ilə bağlı suala isə belə cavab verib: “Özümə gəlmək üçün bir neçə saata ehtiyacım var. Oyunçularımın da həmçinin. Gələcəyim haqqında daha sonra düşünərik. İndi heç nə deyə bilmərəm”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək