Qubada bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçirilir.
Apasport.az xəbər verir ki, bu gün ilk mükafatçılar bəlli olub.
26 cəmiyyət və klubdan 255 gəncin qatıldığı yarış dörd yaş kateqoriyasında - 2017-2018, 2014-2016, 2012-2013 və 2009-2011-ci illər təvəllüdlü idmançılar arasında keçirilir.
Fərdi birincilikdə medallar uğrunda mübarizə həm çoxnövçülükdə, həm də fərdi növlərdə aparılır, qrup hərəkətlərində komandalar isə müxtəlif alətlərlə kompozisiyalar yerinə yetirəcəklər.
Qeyd edək ki, ölkənin gənc gimnastlarına baxış xarakteri daşıyan “Grace of Nature” hər il Azərbaycanın müxtəlif bölgələrində keçirilir.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO