
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil.
Apasport.az saytına verilən məlumata görə, ona maraq göstərən klublar arasında Türkiyə 1-ci Liqa təmsilçiləri var.
Forvard burada maliyyə dayanıqlarının güclü olmaması və maaşlarının vaxtında verilməməsinə görə, Türkiyə klublarının təkliflərindən imtina edə bilər.
Millimizin hücumçusunun “Radomyak”da qalmaq ehtimalı da var. Radom təmsilçisi Renata yeni və daha yaxşı şərtlərlə 1 illik müqavilə təklif edib. 26 yaşlı hücumçu qəti qərarını istirahətdən qayıtdıqdan sonra verəcək.