
Yay təlim-məşq toplanışına qatılmadığı üçün Rəşad Sadıqovun əvəzedici heyətə göndərərək cəzalandırdığı Rafael Utziq Azərbaycanı tərk edib.
Apasport.az saytına verilən məlumata görə, braziliyalı bir müddət idi ki, "Zirə"nin əvəzedici heyətində məşq edirdi.
Uzun çəkən danışıqlardan sonra klub onu buraxmağa razı olub.
Belə ki, Utziq Çinə yollanıb. "Zirə" Utziqin icarə əsasında gedişinə razılıq verib.
Artıq futbolçu düşərgəni tərk edərək Asiyaya köçüb.
29 yaşlı futbolçunun "Zirə" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər idi. O, "Zirə"dən əvvəl "Sianorte", "Parana"(hər ikisi Braziliya), "Qəbələ" və "Çunqnam Asan"(Cənubi Koreya) klublarında oynayıb.