“Zirə” doğma meydanda üç xal axtarışında - YENİLƏNİR
23.10.2026 - 10:41
“Zirə” doğma meydanda üç xal axtarışında - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında IX turun ilk oyun gününə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi paytaxt təmsilçisi mövsümə ardıcıl üç qələbə ilə başlasa da, son beş turda qalib gələ bilməyib. “Sumqayıt” isə uğursuz startdan sonra toparlanaraq son iki qarşılaşmadan üç xalla ayrılıb.

Hazırda 12 xalı olan “Zirə” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Aktivində 8 xal olan “Sumqayıt” isə 8-ci yerdədir.

“Qartallar” beş oyunluq qələbəsizlik seriyasına son qoymağa, “kimyaçılar” isə ardıcıl üçüncü qələbəsini qazanmağa çalışacaq.

Qeyd edək ki, IX turun digər qarşılaşmaları sabah və bazar günü keçiriləcək.

Misli Premyer Liqası

I dövrə, IX tur

23 oktyabr

19:00. “Zirə” – “Sumqayıt”

Baş hakim: Tural Qurbanov

VAR: Kamal Umudlu

AVAR: Zöhrab Abbasov

Zirə İdman Kompleksinin stadionu