“Komandamız önəmli qələbə qazandı”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mingəçevir”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis qarşılaşmanın ardından oyunçuları barədə müsbət fikirlər səsləndirib: “Çox vacib qələbə idi. Nəzərə alaq ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Bu amil üzərimizdəki təzyiqi daha çox artırırdı. Futbolçularıma təşəkkür edirəm. Bugünkü şəraiti nəzərə alaraq, çox intizamlı, peşəkar şəkildə oynadılar”.
Qeyd edək ki, “Zirə” ölkə kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Bu mərhələnin ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ