“Çox vacib qələbə qazandıq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə iki gün dincəlib qarşıdakı matçlara hazırlaşacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIV turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında oyunun iştirak ərizəsinə salınmayan Rüstəm Əhmədzadə və Filipe Paxtmanın durumuna aydınlıq gətirib: “Rüstəm Əhmədzadəni heç nədən itirdik, dörd gündür qızdırmanın içindədir. Filipe Paxtman da ötən turda “Qəbələ” ilə görüşdə sağlam idi, bir saat sonra ayağı şişməyə başladı. Paxtman bir həftədir məşq eləmir”.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ