[b]Rivaldodan Neymara dəstək[/b]
05.07.2018 - 17:13
[b]Rivaldodan Neymara dəstək[/b]

Sabiq futbolçu Rivaldo Braziliya millisinin Belçika ilə oynayacağı 1/8 final matçı öncəsində Neymara dəstək olmağa çalışıb. Apasport.az saytının məlumatına görə, o, bu barədə instaqram hesabında paylaşım edib.

 

Rivaldo Neymarın dünya çempionu olmaq adına mümkün olan hər şeyi etməyə çağırıb: “Neymar, həmişə oynadığın kimi oyna və başqa ölkələrdə haqqında deyilən sözlərə fikir vermə, çünki onların çoxu artıq evdədilər. Qol vurmaq lazımdısa, qol vur. Yox, əgər qələbə qazanmaq üçün yerə yıxılıb, vaxt aparmaq tələb olunursa, onu da elə. Onsuz da, hamı eyni şeyi edir. Problem budu ki, sən dünya çempionatının iştirakçısısan və ölkəndə kumirsən. Səbəbini bilmirəm, ancaq bu, bir çox insanı narahat edir. Həmişəki kimi çalışmağa və bizi öz futbolunla heyran qoymağa davam et”.