[b]Ronaldo liderə yaxınlaşdı[/b]
06.07.2018 - 16:00
[b]Ronaldo liderə yaxınlaşdı[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan 6 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

 

İlk yarımillikdə milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 7 və daha çox qol vuranların cədvəlinə 24 futbolçu düşə bilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 11, “Berkan”da 4 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 15 top var.

 

2-ci yerdə Portuqaliya millisinin heyətində DÇ-2018-də 4 qol vuran Kriştianu Ronaldo qərarlaşıb. O, həm yığmada, həm İspaniya “Real”ında 6 dəfə rəqib qapısına yol tapıb.

 

Eyni sayda – 12 qol vuran Baqdad Bunedja 3-cüdü. Qətər yığmasında 3, “Əl-Sədd”də 9 qola sevinən hücumçu Ronaldodan millidəki qol sayına görə geri qalır.

 

Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən beynəlxalq matçlarda 4 qol vurub. Hər topu bir oyunçu vurduğundan bu “dördlük”də fərqlənən yoxdu.