Ronaldo qərarını verib
23.06.2025 - 08:53
Ronaldo qərarını verib

Kriştiano Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az italyan jurnalist Nikolo Şiraya istinadla xəbər verir ki, danışıqlar son mərhələdədir.

Tərəflər gələn ilin ortalarına qədər müqavilə imzalamaq üzrədir.

Son həftələr portuqaliyalı bir neçə klubdan təklif olsa da, o, Səudiyyə Ərəbistanında qalmağa üstünlük verib.

Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”in şərəfini qoruyur.