“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı: Rəsmi
30.06.2025 - 14:57
Misli Premyer Liqası klublarından “Sabah”da növbəti ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Sofyan Çakla ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi başa çatan mərakeşli futbolçu ilə yeni kontrakt imzalanmayıb.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2023-cü ildə “Sabah”a transfer edilmişdi.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
0
0