
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 19-da, Solna şəhərindəki “Stouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuşun iştirakı ilə sabah saat 17:00-da mətbuat konfransı keçiriləcək.
Təqvimi nəzərinizə çatdırırıq:
18 noyabr
İsveç milli komandası
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
12:45. Mətbuat konfransı
Azərbaycan milli komandası
17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- AFFA-da klub nümayəndələri ilə görüş keçirilib