
"Hazırda fiziki səviyyədə hazırlıqlar kifayət qədər deyil".
Bunu apasport.az-a açıqlamasında futbol mütəxəssissi Ağasəlim Mircavadov "Selye" - "Sabah" oyunu barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis"Sabah"ın baş məşqçisinin yeni təyin edildiyi üçün komanda ilə tam uyğunlaşa bilmədiklərini bildirib:
"Hazırda fiziki durumu qavramaq yerinə, orqanizmi sakitləşdirməyə üstünlük verirlər. Mən deyərdim ki, Sloveniya klubunun "Sabah"dan üstün heyəti yox idi. Sadəcə daha oturuşmuş kollektivləri var idi. Bunu rəqibin oyunundan görmək olurdu. "Sabah" bugünkü oyunda qələbə üçün istəklə, həvəslə və əzmlə çalışmalıdır. Ötən oyun müdafiədə buraxılan boşluqların təkrarına yol verməməlidir. Bunlar daha çox fərdi səhvlərdir".
Mircavadov "Sabah"ın kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə, qələbə qazana biləcəyini söyləyib:
"Bu oyun uğur qazanmaq üçün fürsətlərdən yararlanmaq lazımdır. Topla daha çox oynamalıyıq. Ötən oyun zamanı buraxılan səhvlər məğlub olmağımıza səbəb oldu. Heyətin təcrübəsiz olduğunu da deməzdim, orta yaşlarda oyunçulardan ibarətdir. "Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə, təbii ki qələbə qazana bilər. Əgər uduzsalar belə, Konfrans Liqasında özlərini toparlayıb uğur qazana bilərlər".
Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün "Selye ilə cavab matçına çıxacaq.
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb
- Azərbaycan millisinin üzvü Avropa yolunda: Razılıq əldə olundu