"Sabah" onunla da müqavilə yenilədi
26.06.2025 - 14:35
"Sabah" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Anatoli Nuriyevlə yeni sözləşmə imzalayıb. Anlaşmaya əsasən, 29 yaşlı oyunçu daha bir il "Sabah"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan oyunçu 2022-ci ildən bakılıların heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub. "Sabah" daha əvvəl qapıçı Stas Pokatilovla yeni sözləşmə bağlayıb.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
0
0