“Sabah”da yeni baş məşqçi təyinatı rəsmiləşib.
Apasport.az xəbər verir ki, xorvatiyalı məşqçi Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.
Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.
Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq