"Sabah"ın hücumçusu əməliyyat olunub
13.11.2025 - 11:33
"Sabah"ın futbolçusu Pavol Şafranko əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.
İspaniyadakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.
0
0