“Sabah”ın legioneri İsrafilovun yanına yollanır - ÖZƏL
05.06.2025 - 11:14
“Sabah”ın müdafiəçisi Con İrazabal yeni mövsümə Azərbaycanda başlamayacaq.
Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçunun yeni komandası bəllidir.
O, karyerasını Malayziyada davam etdirəcək.
Futbolçu bu ölkənin iddialı klublarından olan “Yohor Darul Tarzim”lə anlaşıb. Con burada Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilovla komanda yoldaşı olacaq.
Xatırladaq ki, müdafiəçi 2022-ci il iyulun 10-da “Sabah”la anlaşmışdı və müqavilə müddəti gələn ayın 30-da başa çatacaqdı.
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
0
0