“Sabah”ın yay hazırlıq planı müəyyənləşib
20.06.2025 - 19:35

“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək.
“Sabah” iyunun 29-da Rumıniyanın “Rapid” (Buxarest), iyulun 3-də isə Macarıstanın “Pakş” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasında ilk oyunumuzu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcəyik.
0
0