
Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev yenidən Premyer Liqada çıxış edə bilər.
Apasport.az saytına verilən məlumata görə, hazırda “Qaradağ-Lökbatan”da oynayan futbolçuya Premyer Liqadan “Kəpəz” və “Səbail” maraq göstərir.
Belə ki, hər iki klub Abdullayevi qışda toplanışa cəlb etmək niyyətindədir. Son anda dəyişiklik olmasa, hazırda 1-ci Liqada oynayan Abdullayev seçimini edəcək.
Araz bir müddət əvvəl Lökbatan klubu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalamışdı. 32 yaşlı futbolçu "Neftçi", "Everton", "Panionios", "Qəbələ", "Anortosis", "Boluspor", "Etnikos", "Sumqayıt", "Llapi", "Zirə" komandalarında oynayıb.
- Rikardo Fernandes: "Düzdür, başqa klublardan təkliflər oldu"
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
- Mahir Emreli məşqləri bərpa etdi - FOTO
- Samir Musayev: “Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur”
- "Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya