Futbol üzrə Azərbaycan I Liqasında kuryoz hadisə baş verib.
Apasport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşının məlumatına görə, sözügedən hadisə “Şahdağ Qusar” - “Difai” oyununda yaşanıb.
Matçın baş hakimi Ruslan Quliyevin qərarları hər iki tərəfin narazılığına səbəb olub. Bu epizodlardan birində ehtiyat hakim referiyə "Şahdağ Qusar" futbolçusuna qırmızı vərəqə verməli olduğunu bildirib.
Lakin referi sarı vərəqə ilə kifayətlənib. “Difai” komandasının məşqçisi Aydın Qasımovun etirazına Quliyevin cavabı qəribə olub. O, qulaqlıq və mikrofonunun çalışmadığını söyləyib.
Mütəxəssis belə olan halda lazımi ləvazimatları dəyişdirməli olduğunu deyib. Referi isə əlavə qulaqlığın olmadığını dilə gətirib.
Qarşılaşma 90 dəqiqə belə davam edib.
Qeyd edək ki, görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib.
