“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, “bayquşlar”ın futbolçusu Velko Simiç azarkeşləri komandaya dəstək olmağa çağırıb:
“Biz, əlbəttə, qarşıdan gələn oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, oyuna gəlib stadionu doldursunlar. Yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.
“Sabah” – “Hapoel” matçı avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, komandalar arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.