“Sivasspor”un futbolçusu “Sabah”da - RƏSMİ
28.08.2025 - 22:38
“Sivasspor”un futbolçusu “Sabah”da - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib.

Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında komandamızın uğurları üçün çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib. 

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.  O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.