
"Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır".
Apasport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O, AFFA-nın rəsmi saytına açıqlamasında Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib: "Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı oktyabrın 25-də “Liv Bona Dea Arena”da saat 16:00-da başlayacaq.
- AFFA əməkdaşları UEFA-dan təyinat alıb
- Şöbə müdiri: “Gəncə şəhər stadionunda son tamamlama işləri gedir”
- “Neftçi”də ciddi dəyişikliklər
- Süleyman Əhmədov: “Aşağı pillələrdən uzaq olmağa çalışacağıq”
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB