[b]Şmeyxelin final təxmini: Belçika - Xorvatiya[/b]
08.07.2018 - 17:57
[b]Şmeyxelin final təxmini: Belçika - Xorvatiya[/b]

Əfsanəvi danimarkalı qapıçı Peter Şmeyxel dünya çempionatı ilə bağlı proqnoz verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, AÇ-1992-nin qalibi finalda hansı komandaların üz-üzə gələcəyini təxmin edib.

 

Onun fikrincə, Xorvatiya yarımfinalda İngiltərə səddini də keçəcək: “Təxmin bildirmək çətindi. Ancaq indiyə qədər göstərdikləri oyuna baxsaq, final matçının Belçika ilə Xorvatiya arasında keçirilməsini gözləyirəm. Bu, hazırda ən real ssenari kimi görünür. Ancaq İngiltərəni də siyahıdan silmək olmaz. Onlar indiyə qədər stressli oyunlar keçirmədilər. Çox əziyyət çəkmədən qələbələr qazanmağı bacardılar. Xorvatiya ingilislərə çətin anlar yaşadacaq. Bu matçda hər şey sıfırdan başlayacaq. Bu səbəbdən turnirin keçmişinin elə bir önəmi yoxdu”.

 

Qeyd edək ki, yarımfinal mərhələsində Belçika – Fransa, Xorvatiya – İngiltərə görüşləri keçiriləcək.