Sumqayıtda qolsuz sülh - YENİLƏNİB
04.02.2026 - 18:53
Sumqayıtda qolsuz sülh - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.

Gərgin keçən oyunda hesab açılmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt" 1/8 final mərhələsində "Difai"ni, "Zirə" isə "Neftçi"ni mübarizədən kənarlaşdırıb.

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. "Sumqayıt" – "Zirə" 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu