“Sumqayıt”ın legioneri Afrika Millətlər Kubokunda
15.12.2025 - 14:53
“Sumqayıt”ın legioneri Afrika Millətlər Kubokunda

“Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu səbəbdən oyunçu “Neftçi” və “Sabah”la oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə oyunlar keçirəcək.

Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.