“Sumqayıt”ın matçında dava düşdü - VİDEO
09.12.2025 - 21:42
“Sumqayıt”ın matçında dava düşdü - VİDEO

Misli Premyer Liqasının XIV turu çərçivəsində “Sumqayıt” öz meydanında “İmişli”ni qəbul edib.

Apasport.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Oyun həmçinin yaşanan dava ilə yadda qalıb. Matçın əsas vaxtına əlavə olunmuş 12-ci dəqiqədə hər iki komandanın futbolçuları bir-biriləri ilə insident yaşayıb.

Həmin görüntüləri təqdim edirik: