DÇ-2018-in 1/8 final mərhələsinin ilk görüşündə üz-üzə gələcək Fransa və Argentina 12-ci dəfə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, iki yığma indiyədək 11 dəfə görüşüb.
Bu matçlarda cənubi amerikalılar üstünlüyə malikdi. Onlar 6 qələbə qazanıbsa, fransalılar cəmi 2 dəfə sevinib. 3 görüş isə heç-heçə nəticələnib.
Argentinalılar son iki matçda quru hesabla qələbə qazanıb. Son matçda qollardan birinə Lionel Messi imza atıb. Fransanın son sevinci isə 32 il öncəyə təsadüf edib.
Əvvəlki 11 matçdan 9-u yoxlama, 2-si mundial matçı olub. 1930-cu ildə Uruqvayda, 1978-ci ildə Argentinada baş tutan görüşlərdə cənubi amerikalılar qalib gəlib. 3-cü sınaq isə Avropada baş tutacaq.
DÇ final mərhələləri
15.07.1930. Fransa – Argentina – 0:1
06.06.1978. Argentina – Fransa – 2:1
Yoxlama oyunları
03.06.1965. Fransa – Argentina – 0:0
08.01.1971. Argentina – Fransa – 3:4
12.01.1971. Argentina – Fransa – 2:0
25.06.1972. Argentina – Fransa – 0:0
18.05.1974. Fransa – Argentina – 0:1
26.06.1977. Argentina – Fransa – 0:0
26.03.1986. Fransa – Argentina – 2:0
07.02.2007. Fransa – Argentina – 0:1
11.02.2009. Fransa – Argentina – 0:2
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək