“Trabzonspor”dan kritik xal itkisi
11.04.2026 - 20:51
“Trabzonspor”dan kritik xal itkisi

Türkiyə Super Liqasında XXIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün "Trabzonspor" meydana çıxıb.

Komanda "Alanyaspor"un qonağı olub. İlk yarı qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab açılmayıb.

İkinci hissədə Ozan Tufan komandasını önə çıxaran qolu vurub. Lakin çox keçmədən Güven Yalçın komandasına bir xal qazandırmağı bacarıb - 1:1.

Qeyd edək ki, Trabzon təmsilçisi 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.