Türkiyədə Mərkəzi Hakimlər Komitəsi (MHK) ilə bağlı aparılan istintaqda yeni qərar verilib.
Apasport.az xəbər verir ki, Super Liqa hakimi Yasin Kol həbs olunub.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, Yasin Kol MHK ilə bağlı aparılan “Hakimlər dosyesi” istintaqı çərçivəsində saxlanılmışdı.
O, bu gün köməkçi hakim Göktuğ Hazar Erella birlikdə polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra İstanbul Ədliyyəsinə göndərilmişdi.
***15:59***
Türkiyədə Mərkəzi Hakimlər Komitəsi (MHK) ilə bağlı aparılan istintaqda yeni qərar verilib.
Apasport.az xəbər verir ki, Super Liqa hakimi Yasin Kolun prokurorluqda ifadəsi başa çatıb.
Prokurorluq onun həbs olunması tələbi ilə növbətçi Sülh Cəza Məhkəməsinə göndərilməsinə qərar verib.
Hakimlik Yasin Kolun həbs edilib-edilməyəcəyi ilə bağlı yekun qərar verəcək.
Qeyd edək ki, Yasin Kol MHK ilə bağlı aparılan “Hakimlər dosyesi” istintaqı çərçivəsində saxlanılmışdı.
O, bu gün köməkçi hakim Göktuğ Hazar Erella birlikdə polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra İstanbul Ədliyyəsinə göndərilmişdi.
***10:10***
Türkiyədə Mərkəzi Hakimlər Komitəsi (MHK) ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan iki hakim məhkəməyə göndərilib.
Apasport.az xəbər verir ki, Super Liqa hakimi Yasin Kol və Super Liqada köməkçi hakim kimi çalışan Göktuğ Hazar Erelin polis bölməsindəki prosedurları başa çatıb.
Bundan sonra hər iki şəxs məhkəməyə göndərilib.
Hakimlər prokurorluqda dindiriləndən sonra barələrində qərar veriləcək.
Qeyd edək ki, MHK ilə bağlı istintaq çərçivəsində daha əvvəl qurumun sədri Ferhat Gündoğdu da daxil olmaqla bir sıra şəxslər saxlanılıb.
Saxlanılanlardan 5-i barəsində həbs qərarı verilib.