2025-ci il üçün təsdiq edilmiş idman təqvim planına əsasən, trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib.
Apasport.az xəbər verir ki, Respublika Velotrekində təşkil olunan yarışda klub və cəmiyyətlərin 50-yə yaxın idmançısı iştirak edib. 3 yaş kateqoriyasında mübarizə aparan idmançılar xal toplamaqla qrup ötüşməsində qüvvələrini sınayıblar.
U15 yaş kateqoriyasında idmançılar 14 km məsafə qət ediblər.
Yarışın yekununa əsasən, Timur Rəcəbov 1-ci, İslam Əliyev 2-ci, İsmayıl Xankişiyev 3-cü yeri tutub.
U17 yaş kateqoriyasında 18 km məsafəyə mübarizə aparan idmançılar arasında Nihad Xudoyev, Çingiz İsayev və Cavid Baxşıyev müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Gənclər, U23 və Elit kateqoriyasında yarışan idmançıların 24 km məsafəyə ötüşməsi Tural İsrafilovun qələbəsi ilə yekunlaşıb. Rəhim Nağıyev gümüş, Camal İbrahimzadə bürünc medala yiyələnib.
Mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib