"Turan Tovuz" iddiasını davam etdirir - YENİLƏNİB
09.02.2026 - 20:25
"Turan Tovuz" iddiasını davam etdirir - YENİLƏNİB

Misli Premyer Liqasında XIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.

"Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edib. Görüş "Azersun Arena"da baş tutub.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Tovuz təmsilçisi 33 xalla 3-cü, "Karvan-Yevlax" 6 xalla 12-cidir.

Misli Premyer Liqası
XIX tur
18:30. "Turan Tovuz" – "Karvan-Yevlax" 1:0

Qol: Alexandro Serrano, 15 (pen)

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azərsun Arena"