"Turan Tovuz" Polşa klubu ilə bacarmadı
17.01.2026 - 19:19
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, qərb kollektivi Polşa təmsilçisi "Poqon"la üz-üzə gəlib
Matç rəqibin 3:2 hesablı qələbəsi ilə bitib.
"Turan Tovuz"un qollarını Ayxan Hüseynov (26) və İbrahima Vadji (34) vurublar.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
0
0