"Turan"da yeni transfer
10.07.2025 - 18:48

“Turan Tovuz” klubu növbəti transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Abdulla Rzayevi heyətinə qatıb.
Müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi icarə əsasında "Turan Tovuz"un formasını geyinəcək. Əvvəllər “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”da da çıxış etmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
0
0