Üzgüçülərimiz Çexiyada 17 medal qazanıblar
14.04.2025 - 12:31

Azərbaycan üzgüçüləri Çexiyada dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-prisində 17 medal qazanıblar.
Apasport.az xəbər verir ki, idmançılar 2 qızıl, 8 gümüş və 7 bürünc mükafata sahib çıxıblar.
Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, Süleyman İsmayılzadə 1 qızıl, 2 gümüş, Əbdürrəhman Rüstəmov 2 gümüş, 1 bürünc, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Oqtay Hüseynov 3 bürünc, Səid Həmidov 2 bürünc medal əldə edib.
Qeyd edək ki, turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak edib.
0
0