Türkiyənin Mersin şəhərində keçiriləcək “Tour of Mersin” beynəlxalq velosiped yarışına start verilir. Reytinqli turnirdə Azərbaycanın velosiped idmanı üzrə yığması da iştirak edəcək.
Apasport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı bu yarışına qlobal səviyyədə geniş tərkibdə iştirakçı qatılacaq.
Yarışda ev sahibi Türkiyə ilə bərabər Azərbaycan, Çin, Böyük Britaniya da daxil olmaqla 20-yə yaxın ölkənin milli yığmaları, eləcə də beynəlxalq klublar yer alacaqlar.
Ölkəmizi bu yarışda Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov təmsil edəcək.
Komandaya baş məşqçi Vladimir Buşanski rəhbərlik edəcək.
Fərqli qitələri təmsil edən velosipedçilər Mersin yollarında həm beynəlxalq reytinq xalları, həm də çempionluq uğrunda gərgin rəqabət aparacaqlar.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib