Veysəl Rzayev "Kəpəz"də
07.01.2026 - 16:32
"Kəpəz" Veysəl Rzayevin transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub.
23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını "Turan-Tovuz"da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. V.Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.
0
0