Vüsal oynadı, komandası qələbə qazandı
08.03.2024 - 23:53
Türkiyə 1-ci Liqasında 26-cı turun oyunları baş tutur.
Apasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" növbəti matçını keçirib.
Komanda “Girəsinspor”u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1.
Vüsal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, matçın 89-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 42 xal toplayan “Boluspor” 6-cı pilləyə yüksəlib.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq
0
0